суббота, 26 февраля 2011 г.

Share your love (Sevginlə paylaş)

Çoxdandir blogumda hec nə yazmiram..bilmirəm səbəb nədir,amma nədənsə mövzu cox olsada icimdə bir istek yox idi,nehayetki o isteyi tapa bildim,,darixmişdim  yazmaq ücün )) kecim yazima...=>
Secdiyim movzunun romantikayla hec bir elagesi yoxdu...ilk ad bunu belkede deye biler..amma bu sosial bir mesajdir her bir bu yazini oxuyan insan ucun..son zamanlar etrafimda baş verenler gördüklərim bu mözvuda yazmaqima sebeb oldu...insanlarda agresiya hissinin sevgiden daha cox oldugunu hiss edirem artiq...sanki bir birilerine garşi həmişə rəqabətdə həmişə duşmən gözüyle baxmaqda davam edirler,esas da "Kimsə meni kecər","Kimsə məndən daha yaxşi olar" kimi fikirler her bir kesin beynini sanki zebt edib,,,başga bir şey düşünməyə imkan bilə yoxdur,,Əsl lider olan şexs eslində reqabete uymamalidir..Amma reqabetden qanadlanmaq olar,lakin reqabetə görə nese elemek olmaz...Təssüfki realliqda insanlar bunu derk elemir...Gün ərzinde yaşadiqimiz mühitdə bir insan tanimadiqi insana kömək etmir,sanki insanliq da yoxmuş kimi...Əvvəllər yaşlilara hörmet vardisa ,,indi "cavanlara yaziginiz gelsin" lozungu var..Bilmirem niye beledir...Sebebi bezen mende araşdirmaqa calişiram,tapa bilmirem..Səbəb bəlkədə biz elə özümüzük,,,,Özümüzü qapamişiq,,sevməyə qorxuruq,,sanki üreyimiz bir yumurugumuz boyda deyil də, balaca qarişqa boydadir,ve ora sevgi sixmir,,Mecburan kiciltmişik butun ölçüləri....Məgər Allah bizə bunumu buyurub??? Allah bizi yaradibki,,bir birimizi sevək cünki qedimden dinlerin birindede bildirilirki,,biz Allahin bir parcasiyiq,,ve bir birmizi sevməsək,,Allahi sevmirik kimi sayilir...
Insanlara qayqi göstermek....Bir düşünün görmək qüsuru olan bir insana kömek əden zaman ,,onun size "ALLAh seni qorusun" kəlməsi ürəyinizə rahatliq vermirmi?? məncə verir,,hemde belkede özünüzlə fəxr bile edirsiz bilmədən.....ya adice metroda ehtiyaci olan adami kecirerken 15qepiyi deyildə,insana elediyiniz hemin an ücün yaxşiliqi nəzərə alsaz,nece xoş olar....Insan olmaqimizla qurur duymaliyiq!!! Insanliqi qorumaliyiq!!!
Kədərli günlerde,,,bu günlərin şəhidlərini anmaq insanliqin en bariz numunesidir...hemin gun 1 şəhidin qebrini ziyaret elesez bile dünyanin min savabina batmiş olarsiz...bes niye o zaman siz de ziyarət edənlərdən onlardan olmayasasiz?? cətindirmi? Gülənlə gülüb,,aqlayanla aqlamaq,cətindirmi??? Bəzən kicik şeyler üstündə aqlayarken,,1 dəfədə kiminsə qəminə aqlasaq qəlbimiz sakitleshmezmi??? konul rahatliqi bile tapa bilerik....
Insanlari sevmeyi öyrenmeliyik....Insanlarla insanliq yaratmaqi öyrenmeliyik...Kimsəyə fərq qoymamaqi bacarmaliyiq...."Kruq" yaratmamaliyiq....Bacariqli insanlara kömək etməliyik....Təbbiki əlimizdən gələn qədər..amma nəsə elemeye calişmaliyiq ki,vicdanimiz təmiz olsun.....Ləkəli Vicdanla yaşamaqi her insan bacarmaz......
Sevginizi paylaşin!!!.....Sevin-Allahi...valideyinlerinizi,Ananizin əlindən öpün,,qardaş-bacilarinizi özünüzdən uzaqlaşdirmayin,,,təbiəti sevin,,,onu qoruyun,,,cünki onun bize ehtiyaci var...onun bizdən başqa hec kimi yoxdu,,,O sanki bir övladliqa götürülmüş körpədir,,,hər agac, çiçək,bitki bizim ücün bir övlad olmalidir,onu böyütmək bizim borcumuza çevrilməlidir...Yaxinlarinizi sevin,,,,hətda 2 deqiqəsini size ayira bilecek insanlari da....Dostlarinizi sevin-onlar sizin ən  qiymətli xəzinənizdir....qohumlarinizi sevin hər zaman,nəysə gore yox,sadece qohum olduqlarina gore....Müəllimlərinizi sevin-sizə 1 kəlmə bile öyrətdiklərine göre,,Özünüzü sevin-varsiz deyə,,nəfəs alirsiz deyə,,,INSANLARI sevin,,,,çünki onlar da kiminsə anasi,yaxini,,qohumu,əzizidir,,,dolayisi yolla sizində yaxininizdir axi...
İnsanlara təbbəssüm bəxş edin,,bəlke o təbbəsümdə onlar 1 damla nəsə kəşf edə bilerlər,,,bəlkə onlarcun en böyük təssəlidir sizin təbbəsümünüz,,Insanlarla sevginizi paylaşmaqdan qorxmayın.....Qəlbiniz qirilsada,,,sinsazda,hətda peşiman olsaz da,,,Sevginizi paylaşmaqdan cəkinməyin!!! Cünki hər kəs eyni deyildir...Kimese gğre,,layiqli insanalrdan sevginizi esirgəməyin,,,,bu ən böyük haqqsizliq olar.....SEVGINIZI PAYLAŞIN,,INANIN BUNA EHTIYACI OLANLAR VAR!!!

воскресенье, 23 января 2011 г.

Gəl ey səhər


http://www.youtube.com/watch?v=awvHIzOlwiY&feature=related

Gəl ey səhər-ilk bu sətirləri oxuyarkən məncə hər kəs məhz Polad Bülbüloqlunun ifa etdiyi bir kompazisiani yada salır.Bəli,elədiki var...cox sevdiyim ifalardan biridir,və indidə onu dinləyərkən yenə xəyyalara daldim..məni bu mahni həmişe çox-çox uzaqlara aparır,sanki kecmişlə gələcəyi menim ücün bir araya getirir....həmişə  bu ifani dinləyərkən nələri itirdiyimi yox,daha dogrusu nələri yaşadıgımı bir daha yada salıram..ilk notlarından bir anlıq insan keçmişə gayıdır.....uşaqlıqa,,sevimli günlərə,,nədənsə mənim yadıma lap kicik yaşlarımı salır,,hətda deyərdim elə insanları yadima salirki indi həyatda yoxdular,və onların yoxluqlarını hiss edirəm,,başqa vaxt bunu bəlkə cox duymuramsa,xatirələri bu mahniyla xatırlayanda,,həqiqətəndə bir anlıq gözlərim dolur,,,,istəyirəm o günlərə birdə qayıdım,,itirilmiş günlərə,,amma yaşanmış,,,,sonra uşaqlıq,,,,həyətdəkı oyunlar ,,oyuncaqlar,,,sevimli olmaq,,,incimək,,ne bilim nələr-nələr,,,,hamısını deyərsiz 4 deqiqəlik bir mahnida necə yada salırsan ?!,,amma hec özümdə bilmirəm,,20illik ömrüm hamısı bu 4 dəqiqəyə siğir sanki.....məktəb illəri,,,2məktəb dəyişmişəm,,2sini də xatirlayıram,,ilk partam,,,ilk parta yoldaşım,,sacım az oldugu ücün bantikimin başimdan hemişə böyük olması ))),,,,məktəbin həyətində hər səhər himn oxumaqımız,,,,,hər səhər vətənpərvər duyqularla oyanmaq necə xoş idi,,,,Sonra 2ci məktəbim,,,3cü sinifdə dəyişdiyim məktəbim,,,qorxu-təlaş,kədər,,sanki dünyanın sonuymuş kimi,,girmişdim mən yeni məktəb binasina,yeni sinifə,lakin sonra doqmadan da doqma oldu mənə,o müəllimə o uşaqlar,,,sanki her  şey olmaliymiş kimi olub həyatımda və hər şey yaxşiliqa doqru olub,,,11illik məktəb həyatı,,,,dərslər,tenəfüslər,,dostlar,,müəllimlər,,,deyindiyimiz,dərsdən qacdıqımız günlər,,hamisi sanki bir naqıl idi,,,,Sonra 2il ali məktəbə hazirliq dövrü,,deyərdim həyatımın ən unudulmaz 2 ili ...hec vaxt unutmaram,,,,müəllimlər sanki doqma o 5 fenn müəllimləri,,hər həftə gördüyümüz hazirliq yoldaşlarımız,,,həyəcanlı sınaq imtahanları,,kədərli ,,xoşbəxt necə-necə günlər,,yaşadıqım sevgi,uqur,,naliyyet hissləri ,,,,ailənin sənə inami ,,onu doqrultmaq istəyi,,,hamisi 1 ürəkdə cəmlənmiş şəkildə,,,Hər şey eləmək istəyirdi insan onda,,sanki ali məktəb həyat məktəbi olacaq, düşünürdük o zaman,,,,,,Sonra da Ali məktəb həyəcanı  =)) ilk gün,,,,ilk auditoriya,,,tənhalıq hissi,,,,əslində hec tənha olmadim,elə unveristetin heyətində indiki refiqəmlə 15sentyabrda taniş oldum ve 1 partdada otruduq və indiyə kimidə elə o partada  otururuq =)).....Unveristet tam başqa dünyadı,,,Məktəbdən fərqli,,insanlar artiq formalaşmiş,,bəlkədə məktəbdəki hissləri ora getirmek olmur,lakin orda daha maraqlıdı,,,,sonra ictimai fealliyət,,,balaca karyera qurmaq pohrələri,,,,həyatda nəsə yer tutmaq istəkləri,,,,sanki dünya bu gün  bitəcək deyə cırpıntılar,,,,Amma qarşıda 1 ömür var,,,,,,,buna sevinmeye dəyər ))),,,,Lakin 20ildə nələr yaşamışam düşünəndə az gəlmir mənə,,,,çox kədər cox sevinc,,cox şey....bunların hamısın düşünməyə mənə 4 dəqiqəlik bir mahni bes eləyir,,Gəl ey səhər,,,,-mahni kədər və sevincin sintezidir,,,,,Kədər- itirdiyin lakin yaşadiqın ömrü geriyə qaytara bilməməyin təssüf hissi,,,,Sevinc isə-qarşida səni ucsuz bir səhər,yeni planlarla,gözəlliklərlə gözləyən ömürdür ....Sadəcə səhəri səsləməyə və hər səhəri gülüşlə qarşılamaqa dəyər,,,Axi həyat cox qisadir,,,,,GƏL EY SƏHƏR,MƏN SƏNİ GÖZLƏYİRƏM!!!

среда, 19 января 2011 г.

20 Yanvar-Qan yaddaşımız

20 Yanvar- 1990 Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 21 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. 
Sovet Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi.Tanklar və BTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn “təcili yardım” maşınlarını və tibb işçilərini də atəşə tuturdular. Bir neçə gün ərzində 137 nəfər öldürüldü, 700-dək yaralandı, 800-dən çox adam qanunsuz həbs edildi.süngü-bıçaqla qətlə yetirilmişdir.Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikəstlər də var idi. ”
1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar...
Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonrakı ilk illərdə başları hakimiyyət uğrunda mübarizəyə qarışmış respublika rəhbərləri 20 Yanvar qırğınına siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparmadılar. Yalnız 1994-cü ildə Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi...
Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanıdır. Hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buranı ziyarət edir. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır
.

вторник, 11 января 2011 г.

Mənim idealım - "Dəmir Lady"

                 Mənim idealim olan Margaret Thatcher-in həyati qanunları

Kürsudə oturmuş,yazıq,yumuşaq nümayəndənin heç bir mənası yoxdur.Elə deyilmi?
Britaniyaya lazım olan-Dəmir Lady-dir.
Demirem ki,bəxtim gətirdi.Sadəcə mən bunu özüm qazandım.
Bir qayda olaraq,mənə cəmi on saniyə bəsdir ki,hər hansı bəy haqqında fikir formalaşdırım,və bu fikir çox nadir hallarda dəyişir.
Həyatımda olan hər bir şeyə görə mən atama borcluyam,və bu çox maraqlıdır ki,həmin şeyləri hansıları ki,mən balaca şəhərdə mənimsəmişəm,cox təvazökar ailədə, -bu elə həmin şeylərdirki,mənə elə gəlirki,seçkilərdə qalib gəlməyə kömək etdilər.
Əgər məni tənqid edənlər,görsəydilər ki,necə mən Temzanın dalqalarında atdimlayıram,onlar deyərdilərki,o üzməyi bacarmır.
Mənə görə konsensus - öz düşüncələrindən,əmin olduqlarından,dəyər verdiklərindən ve strategiandan imtina etmə processidir.Bu odur ki,hec kim buna inanmır və hec kim də bununla mübahisə eləmir.
Əlbətdəki,bayağılıq mövcuddur.Onlar ona görə mövcuddular ki,sadəcə həqiqəti əks etdirirlər.
Qələbəyə olan ehtiras hər birimizdə alovlanır.Qələbəyə olan səbir - zamanin işidir.Qələbənin yolları-şərəf məsələsidir.
Əgər mən tək qirx səkkiz nəfərə qarşi cixiş eləyəcəmsə,mənim o qirx səkkizə yazıqım gələcək.
Cəmiyyət tipli şeylər mövcud deyil.Var ayrıca kişilər,ayrıca qadınlar, ve ailələr var.
Nə zaman ki,qadın xarakterini bildirir,onun haqda yaxşi fikir söyləmirlər.Nə zamanki,kişi öz xarakterini biruzə verir,o zaman deyirlərki <<əla oqlandır>>.
Güclü olmaq-bu əsl lady olmaq deməkdir.Əgər siz hər dəfə insanlara lady olduqunuzu xatirlatmalı olursunuzsa,onda siz dəqiq əsl lady deyilsiz!!!
Məişət işlərinin aparılması ilə tanış olmuş hər bir qadın,dövlətin idarə olunmasındaki problemləri daha aydin görməyə qadirdir!!!

Beləliklə bu mənim idealım olan Dəmir Lady-nin qanunlarıdır,ve mənimçun də bir xanım olaraq bu qanunlar cox önəmlidir.Çünki gender berabərliyi olan cəmiyyətde yaşayırıqsa onda hər birimiz qadın hüquqlarını və azadlıqlarını müqtləq şəkildə qorumalıyıq,bu bizim həm də insanlıq borcumuzdur...Çünki dünyani idarə eden mehs elə qadın zekasıdır....bu da öz həqiqətində dəmir qanunları ilə  mehşur olan bir xanımın fikirləri idi......o özü istədiyi zirvəyə çatibsa da,o zirvədə öz yerini qorumaqı da bacarib ,,,Məncə əsas zirvəyə çatmaq yox,,onu qorumaqdır..Çünki qalxdıqın kimi bir gun ordan enə də bilməlisən....yada hec enməni göze almamalısan...Mənim fikrimdə əsl xanım ailə ve karyeranı bir yerdə görməyi bacaran ve vəhdətde siqdira bilen bir xanımdır....cünki qadın xoşbəxtliyi ücün bu 2 hisse tam 1 olmalıdır...Bu mövzuya bir daha qayıdacam....Sadəcə indi idealımın fikirləri ilə  bölüşmək istədim....Guman edirəm ki,sizin üçün də maraqlı oldu..Rus dilindən tərcümə etdiyim  üçün cümlələrin menalarını tam qorumaqa çalışmışam,,....Ümid edirem ki,bəyənəcəksiz =)) sizinlə mən idim Dəmir Lady Fidan Quliyeva.....







среда, 5 января 2011 г.

Dalqalar (13 yaşimda yazdiqim bir şeir nümunəsi)

Ipək-ipək,inci-inci duzulubler sira-sira,
Elə bilki,dənizlərlə oynayirlar ora-bura...
Insanlari oz seyrinə cagirirlar bu dalqalar,
Ele bil ki,tamaşadir,biz de ki,tamaşaçilar.

Bir nəzərlə baxanda biz bu dalqaya bu dənizə,
Cox şeyi biz anlayiriq,dəniz deyir:"bəli-belə"
Dəyir qayaya,cekilir geri,
Yenedə qorxmur cirpinir,
Insan da ləpəyə baxaraq,qəlbində yamanca coşur..

İstəyirki nəsə etsin,bu dəli dalqaya oxşasin.
Dənizi coşduran küləyi,o həyatinda hardan tapsin?!

Dəniz sonsuz bir əsərdir,
Rəssam cəkib qurtarmir.
Mən nece təsvir edimki,
Dənizin sonu hardadir?!


25.03.05

вторник, 4 января 2011 г.

ILK BLOQ YAZIM

Evvela salam vermek isterdim bu yazimi oxuyacag her bir kese...eslinde nedense heyecanliyam hec bilmirem niye,,amma diyesen anlamaq olar..ilk bloq yazimdi ....Her bir ishin ilki cetin olur deyirler,,,ve burda da bunu gormek mumkundur..hec vaxt bloq acmaq barede dushunmemishem,,lakin birden bire bu heves mende yarandi..bunu mende yaradan Samir Qedirova birde Melek Abdinovaya teshekkur dushur....cunki ilk olaraq onlarin bloqlarini oxumusham...Men 'bloqum olsun deye' bloq yaratmaq istemedim..men sadece fikirlerimin bir yerde toplashacaqi mekan yaratmaq istedim ve bu mekani tapdim...artiq sizinle olan PRINCESS FIDAN QULIYEVA bloqu.....YAZDIQLARIM DUSHUNDUKLERIMIN YAZILI IFADESIDIR.....calishacamki,,esasen yazdiqim sherilerle ,,yazilarla sizi maraqlandirim,,demezdimki sosial blog olacag menimki,,,yooxx..menimki deyerdim Heyati bir blog olacag ve daha cox shexsi,,cunki tam olarag bu blog menim heyatim,,gorduklerim,yashadiglarimdan ibaret olacag.....mence maragli alinmalidir...zamanla gorerik..helelik ise bu qeder,,mence bashlanqic ucun cox danishdim  =) ~~~YENI BLOGUM MUBAREK~~~